Ağdamın “Qarabağ” futbol klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Tottenhem”, “Anderlext” və “Monako” klublarına qarşı keçirəcəyi oyunların tarixləri bəlli olub.
Oxu.Az xəbər verir ki, təmsilçimiz ilk oyununu sentyabrın 17-də səfərdə “Monako”ya qarşı keçirəcək.
Oktyabrın 1-də isə “Qarabağ” Bakıda “Tottenhem”i qəbul edəcək.
Növbəti oyun oktyabrın 22-də keçiriləcək – “Qarabağ” Bakıda “Anderlext”i qəbul edəcək. Cavab görüşü isə noyabrın 5-də baş tutacaq.
Noyabrın 26-da isə Ağdam təmsilçisi Bakıda “Monako”nu qəbul edəcək.
Klubumuz son görüşünü dekabrın 10-da səfərdə “Tottenhem”ə qarşı keçirəcək.