“Qarabağ” klubunun futbol üzrə Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Ağdam komandasının sentyabrın 27-də Bakıda qəbul edəcəyi İtaliya “Roma”sı öz meydanında “Verona” üzərində böyükhesablı qələbə qazanıb.
3:0 hesabı ilə başa çatan oyunda qollardan birini Raca Nainqqolan (22), daha ikisini isə Edin Ceko (33, 61) vurub.
“Qarabağ”ın Londonda 0:6 hesabı ilə məğlub olduğu “Çelsi”(İngiltərə) isə bu gün doğma divarlar arasında “Arsenal”ı qəbul edəcək.
A.M.