2027-ci ildə UEFA Superkuboku və ya UEFA Konfrans Liqasının finalı Qazaxıstanda təşkil edilə bilər.
Oxu.Az xəbər verir ki, bununla bağlı Qazaxıstan Futbol Federasiyasının prezidenti Marat Omarov məlumat verib.
O bildirib ki, artıq UEFA-ya rəsmi müraciət ünvanlanıb.
Oyunun Astana və ya Almatı şəhərində keçirilməsi mümkündür.
Bundan başqa, Qazaxıstan UEFA-nın Konqresini də təşkil etməyə hazırdır. Üstəlik, ölkədə 19 və 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatını keçirmək də hədəflərdən biridir.
Qeyd edək ki, UEFA Superkuboku bu il avqustun 13-də PSJ və "Tottenhem" arasında İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda keçiriləcək.