Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.
Oxu.Az xəbər verir ki, açılış oyununda “Qəbələ” “Zirə”ni qəbul edib.
Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 58-ci dəqiqədə “qırmızı-qaralar”dan Ramon Maçado açıb. Paytaxt təmsilçisi 69-cu dəqiqədə Eldar Quliyevin qolu ilə tarazlığı bərpa edib.
Lakin cəmi 10 dəqiqə sonra fərqlənən Ruan Renato əyalət təmsilçisinə qələbə qazandırıb. Bu nəticədən sonra xallarını 39-a çatdıran “Qəbələ” “Zirə”ni geridə qoyaraq 4-cü pilləyə yüksəlib. 38 xalı olan paytaxt klubu isə 5-ci sıraya düşüb.
09:48
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.
Oxu.Az xəbər verir ki, açılış oyununda “Qəbələ” “Zirə”ni qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.
Hazırda bölgə təmsilçisi 36 xalla 5-ci, Bakı klubu isə 38 xalla 4-cü pillədə qərarlaşıb.
Turun “Səbail” - “Sabah” və “Sumqayıt” - “Neftçi” oyunları aprelin 8-də, “Turan Tovuz” - “Şamaxı” və “Qarabağ” - “Kəpəz” matçları isə aprelin 9-da olacaq.
Azərbaycan Premyer Liqası
XXIX tur
7 aprel (cümə)
17:00. “Qəbələ” - “Zirə”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu.