Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qəzaya düşən daha bir PFL rəsmisi xəstəxanadan evə buraxıldı
Ağdam-Xankəndi yolunda baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) daha bir əməkdaşı xəstəxanadan evə buraxılıb
Oxu.Az-ın məlumatına görə, qurumun media və marketinq direktoru Sənan Abdullayevin xəstəxana şəraitində müalicəsi başa çatıb.
Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev ötən gün palataya köçürülüb. Qurumun prezidenti Elxan Səmədovun müalicəsi isə reanimasiyada davam etdirilir.
Qeyd edək ki, ötən gün PFL-in icraçı direktoru Zaur Hacı-Məhərrəmov və texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov evə buraxılıb.
Könül Cəfərli
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər