"Biz komanda olaraq UEFA Konfrans Liqasındakı oyuna hazırıq".
Oxu.Az xəbər verir ki, UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək "Zirə" - "Torpedo Kutaisi" (Gürcüstan) oyunundan əvvəl baş tutan mətbuat konfransında "Zirə"nin kapitanı Qismət Alıyev deyib.
O bildirib ki, rəqibin avrokuboklar təcrübəsi çoxdur:
"Lakin bizim də kifayət qədər təcrübəmiz var. Sabah meydanda əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq. Çətin qarşılaşma olacaq. Rəqib yaxşı kollektivdir. Komanda olaraq sabahkı matça hazırıq".
Qeyd edək ki, iyulun 8-də Sumqayıt şəhər stadionunda keçiriləcək "Zirə" - "Torpedo Kutaisi" (Gürcüstan) matçı saat 20:00-da start götürəcək.