Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qurban Qurbanov təzminatdan imtina edib?
Millimizin sabiq baş məşqçisi Qurban Qurbanov AFFA-nın onunla bağlanan müqaviləyə vaxtından əvvəl xitam verməsinə görə təzminat almayıb.
Bunu Oxu.Az-a açıqlamasında millinin sabiq mətbuat katibi Elman Himayətoğlu bildirib:
“Bildiyim qədəri ilə, İcraiyyə Komitəsinin iclasında təzminat söhbəti olmayıb. Amma olsaydı belə, Qurban müəllim bunu istəməzdi. Bütün hallarda Qurban Qurbanov AFFA-dan təzminat tələb etməyib”.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin ötən həftə baş tutmuş iclasında Qurban Qurbanovla bağlanmış altı illik müqaviləyə xitam verilib.
Səbuhi MUSAYEV
www.oxu.az
Oxu.Az yeniləndi!
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər