Berti Foqtsun yeni köməkçisi, eks-futbolçu və məşqçi Mahmud Qurbanov yeni vəzifəsi ilə bağlı danışıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Kəpəz” klubunun keçmiş baş məşqçisi Mahmud Qurbanov yeni təyinatın onun üçün ilk növbədə təcrübə olacağını deyib:
“Berti Foqtsun köməkçisi vəzifəsinə təyin olunduğum üçün çox sevinirəm. Ən əsası isə ölkənin əsas komandasında çalışacağım üçün daha çox sevinirəm. Bu mənim üçün yalnız yeni iş yeri deyil, təcrübə yeri də olacaq.
Foqtsun, futbolçuların mənim məsləhətlərimə ehtiyacları olsa, böyük zövqlə bu işin öhdəsindən gəlməyə çalışacam. Burada mənim keçmiş futbolçu karyeram və azdan-çoxdan olan baş məşqçilik təcrübəm də yardımçı ola bilər. Hər şeydən qabaq onu vurğulamaq istərdim ki, Berti Foqtsun Azərbaycan yığmasında qalması çox düzgün qərardır. Çünki o, bizim futbolu və futbolçuları yaxından tanıyır”.