"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde zədələnib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, uruqvaylı futbolçu La Liqanın VII turunda "Atletiko Madrid" ilə matçda (2:1) zədələnib.
Müayinələr zamanı onun sol topuq əzələsində zədə aşkarlanıb.
Valverdenin yaşıl meydanlara nə vaxt qayıdacağı tibbi müayinələrdən sonra dəqiqləşəcək.

Qaynar xətt:
(055) 224 12 12