Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rəqibin qapısından 17 top keçirdilər: Azərbaycan birinciliyinin zona yarışlarında maraqlı nəticələr
Yeniyetmə həndbolçu oğlanlar arasında Azərbaycan birinciliyinin zona yarışına start verilib.
Oxu.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində keçirilən çempionatda 2008-ci il və ondan kiçik təvəllüdlülər mübarizə aparırlar.
Turnirdə Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astaradan olan komandalar qüvvələrini sınayırlar. İlk oyun günündə iki qrup üzrə keçirilən altı görüşdə qeydə alınan nəticələr belədir: “Lənkəran” - “Astara” - 8:1; “Cəlilabad” - “Masallı” - 17:1; “Astara” - “Lerik” - 4:4; “Cəlilabad” - “Yardımlı” - 16:1; “Masallı” - “Yardımlı” - 10:2; “Lənkəran” - “Lerik” - 12:7.
Reqlamentə əsasən, 1-ci və 2-ci yerlərin sahibləri iyunda Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
"Astara" teqi üzrə xəbərlər
- Alimdən XƏBƏRDARLIQ: "Xəzər dənizi sahilində fundamental tikililər aparmaq olmaz"
- Təcili tibbi yardım avtomobili həkimin maşını ilə toqquşdu, xəsarət alan xəstə öldü
- Astarada qatar yoluna çıxan piyadanın ayağı amputasiya olunub
- Balıq ovlamaq istəyən şəxs faciəli şəkildə öldü
- Bağlarda kütləvi şəkildə zərərverici həşəratlar yayılıb: Meyvə ağaclarında xəstəliklər BAŞ QALDIRIB
Rəylər