Millimizin sabiq futbolçusu Rəşad Sadıqov “Qarabağ”la vidalaşıb.
Oxu.Az xəbər verir ki, futbolçu karyerasını başa vuran kapitan bunu sosial şəbəkədə bəyan edib:
“Əziz “Qarabağ” azarkeşləri, “Qarabağ” ailəsi. “Qarabağ”ın formasını 11 il böyük qürur və fəxr hissi ilə daşıdım. Bildiyiniz kimi, ötən mövsümün sonunda karyeramı başa vurdum. Çox götür-qoy etdikdən sonra heç də asan olmayan qərar verdim. Bunu açıqlamaq düşündüyümdən də ağır oldu. “Qarabağ”dan ayrılıram. Klubun rəhbərliyinə, məşqçilər korpusuna, komanda yoldaşlarıma və azarkeşlərə hər şeyə görə təşəkkür edib, uğurlar arzu edirəm”.
View this post on InstagramQeyd edək ki, Rəşad Sadıqovun “Zirə” klubuna baş məşqçi təyin olunması gözlənilir.
Səbuhi Musayev
"Qarabağ" teqi üzrə xəbərlər
- Nazir müavini: "Qarabağda sakinlər elektrik enerjisi sataraq gəlir əldə edirlər"
- Qarabağdan reportajlar hazırlayan məşhur rus jurnalist 57 yaşında öldü
- Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş ildən sonra yayımlandı - Video
- Belarus səfiri: "Qarabağda birgə layihələr planlaşdırırıq"
- Qarabağda avtobus parkı yenilənir: 18 milyon manatlıq layihə icra olunacaq
Digər xəbərlər