Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rəşad Sadıqov: "Şerif"dən daha güclü komandaya qarşı mübarizə aparacağıq"
"Şerif"lə qarşılaşmada səhvlərimizdən dərs çıxarıb bu görüşə daha yaxşı hazırlaşmışıq".
Oxu.Az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "DAK 1904"lə (Slovakiya) oyun öncəsi mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis matçın gərgin idman mübarizəsi şəraitində keçəcəyini söyləyib:
"Yaxşı komandaya qarşı mübarizə aparacağıq. Düşünürəm ki, azarkeşləri maraqlı oyun gözləyir. Çalışacağıq ki, ilk matçdan sərfəli nəticə ilə ayrılaq. Qarşılaşmanın taleyi rəqib meydanında həll olunacaq. İnşallah ki, ilk matç istədiyimiz kimi alınar. Rəqibin baş məşqçisi ispaniyalı mütəxəssisdir. Çalışacaqlar ki, daim pressinq etsinlər. Daha çox öz komandamız barəsində düşünürəm".
Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq "Zirə" - "DAK 1904" görüşü iyulun 25-də, saat 20:30-da "Dalğa Arena"da start götürəcək.
Anar Həsənov
"Rəşad Sadıqov" teqi üzrə xəbərlər
- Milli komanda ilə ən çox qələbə qazanan futbolçuların siyahısı bəlli olub
- Bu xəbərləri qaçırmayın: 25.10.2024-ün ən mühüm hadisələri
- Rəşad Sadıqov avtomobil qəzasına düşüb
- Əməliyyat keçirən Rəşad Sadıqov yaşıl meydanlara nə zaman qayıdacaq?
- Rəşad Sadıqov: "Yüksək və orta səviyyədə olan millilərlə mübarizə aparacaq gücdə deyilik"
Rəylər