"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov üçün Azərbaycan çempionatında əlamətdar hadisə baş verib.
Oxu.Az Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis qəsəbə klubunun baş məşqçisi kimi Premyer Liqada 200-cü oyununa çıxıb. Yubiley görüşündə onun komandası "Neftçi"ni III turda 1:0 hesabı ilə məğlub edib.
2020-ci ilin yayından "Zirə"yə rəhbərlik edən mütəxəssisin başçılıq etdiyi kollektiv 6 mövsüm ərzində 89 qələbə qazanıb, 62 heç-heçə edib və 49 dəfə məğlub olub. Bu matçlarda 247 qol vuran komanda qapısında 187 top görüb.
Qeyd edək ki, Rəşad Sadıqovun "Zirə"nin baş məşqçisi postunda debütü 2020-ci il avqustun 23-də "Qəbələ"yə qarşı səfər matçında olub. Həmin görüş 1:1 hesabı ilə başa çatıb.