20-22 may tarixlərində Rusiyanın Kazan şəhərində keçirilməli olan cüdo üzrə “Böyük Dəbilqə” turniri ləğv olunub.
Oxu.Az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer tərəfindən yayılan açıqlamada bu, belə əsaslandırılıb:
“Biz hazırkı beynəlxalq vəziyyətə, beynəlxalq səviyyədə səmərəsiz dialoqun nəticəsinə görə kədərlənirik.
Biz, idman ictimaiyyəti sülh və dostluğu, harmoniya və birliyi daim təbliğ etmək üçün həmrəy və güclü olmalı, bir-birimizi və ümumbəşəri dəyərlərimizi dəstəkləməliyik.
Cüdo ailəsi ümid edir ki, mövcud iğtişaşlar son anda həll olunacaq, Şərqi Avropada və dünyada normallıq və sabitlik bərpa olunacaq, bir daha diqqəti Avropanın müxtəlif mədəniyyətlərinə, tarixinə və irsinə yönəldə bilək. Bu, ən müsbət yoldur”.
Qeyd edək ki, dünən Beynəlxalq Olimpiya Komitəsi müraciət yayaraq beynəlxalq federasiyalardan Rusiya və onun müttəfiqi Belarusda keçiriləcək yarışların ləğv edilməsinə dair çağırış edib.
Xatırladaq ki, daha əvvəl Ümumdünya Şahmat Olimpiadası, “Formula-1” üzrə Rusiya Qran-prisi kimi yarışlar Rusiyanın əlindən alınıb.
Səbuhi Musa