İsveçrə polisi, 2018 və 2022-ci illərin futbol üzrə Dünya çempionatlarının təşkilatçı ölkənin seçimi zamanı pulların yuyulması ilə əlaqəli olan bir qrup naməlum şəxslərə qarşı cinayət işi açıb, Reuters xəbər verir.
Turnirləri müvafiq olaraq Rusiya və Qətər qəbul edəcək.
Bundan başqa, İsveçrənin Ədliyyə Nazirliyi və polisi Beynəlxalq Futbol Federasiyaları (FİFA) Assosiasiyasının icra komitəsinin 2018 və 2022-ci illərdə Dünya çempionatının təşkilatçı ölkənin seçimi üçün 2010-cu ildə səs vermiş on üzvünü dindirir.
11:30
FİFA-da korrupsiya faktlarına görə ittihamlar təşkilatın 10-dan çox yüksək vəzifəli məmuruna qarşı irəli sürüləcək.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, onların arasında təşkilatın İcraiyyə Komitəsinin vitse-prezidentləri Ceffi Uebb və Euxenio Fiqerdo, həmçinin İcraiyyə Komitəsinin keçmiş üzvü Cek Uorner də var.
11:15
İsveçrə hakimiyyəti, Sürixdə səhər saatlarında FİFA-nın bir neçə yüksək vəzifəli məmurunu həbs edib, The New York Times bildirib.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, saxlanılan şəxslərin ABŞ-a ekstradisiya ediləcəkləri ehtimal edilir.
Amerika hüquq-mühafizə orqanlarının ittihamına dünya çempionatlarının keçirilməsinə dair ölkələrin ərizələri ilə əlaqədar rüşvətxorluq, elektron kommunikasiya vasitələrinin tətbiqi ilə bağlı fırıldaqçılıq, çirkli pulların yuyulması daxildir.