Rusiyalı fiqurlu konkisürən Viktoriya Sinitsina çıxış zamanı aldığı zədə səbəbindən xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, idmançı zədəni çıxış zamanı alıb - onun tərəfdaşı Nikita Katsalapov konki ilə təsadüfən onun ayağının üzərindən keçib.
Həkimlər Sinitsinaya baldır nahiyəsində cırılmış yara diaqnozu qoyublar.