"Komanda olaraq bu oyuna yaxşı hazırlaşmışıq".
Oxu.Az xəbər verir ki, bunu "Sabah" futbol klubunun baş məşqçisi Valdas Dambrauskas deyib.
Mütəxəssis Bakıda Sloveniyanın "Selye" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Biz də bu matçı səbirsizliklə gözləyirik. Rəqibin böyük təcrübəsi var. Ötən mövsüm avrokuboklarda sürprizlər edib".
Qeyd edək ki, iyulun 10-da "Bank Respublika Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Anar Həsənov