"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Oxu.Az bu barədə kluba istinadən xəbər verir.
Fransalı vinger Yunis Laçab bundan sonra komandanın uğurları üçün çalışacaq.
Laçab Fransanın "Lill" klubundan bir illik icarəyə götürülüb.
Qeyd edək ki, "Lill" klubunun yetirməsi olan 21 yaşlı futbolçu karyerası ərzində klubun əsas və ikinci komandalarında çıxış edib.
Qaynar xətt:
(055) 224 12 12