Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Sabah”ın yeni baş məşqçisi: “Azərbaycan basketbolunda vəziyyət xeyli dəyişib”
“Azərbaycan basketbolunda vəziyyət xeyli dəyişib”.
“Report”un məlumatına görə, bunu “Sabah” basketbol komandasının yeni baş məşqçisi Rimas Kurtinaytis ölkəsi Litvada “15min.lt” saytına açıqlamasında deyib.
63 yaşlı mütəxəssis yeni təyin olunduğu klubda maliyyə durumunun yaxşı olduğunu bildirib:
“Rəqabətli liqa yaradılıb. “Sabah” futbol klubunun himayəsi altında yaradılan eyniadlı basketbol komandası Azərbaycan çempionu olub. Litvanın heç də bütün klubları əcnəbi basketbolçulara “Sabah” qədər maaş verməyə hazır deyil”.
2002-2006-cı illərdə Azərbaycanda fəaliyyət göstərmiş təcrübəli çalışdırıcı sabiq komandası “Qala”dakı dönəmi də yada salıb:
“18 ildən sonra qayıdıram. Azərbaycanda olmuşam, orada işlərin necə getdiyi, hamımızın sıfırdan necə başladığımız yadımdadır. Liqa qurduq, milli komanda yığdıq, yığma ilə İslamiadanı qazandıq. Yeri gəlmişkən, yarımfinalda bir neçə il sonra Yay Olimpiya Oyunlarında çıxış edən İrana qalib gəldik. Düzü, “Qala” klubunun hələ də mövcud olub-olmadığını bilmirəm”.
Qeyd edək ki, Rimas Kurtinaytis “Sabah”la 1,5 illik müqavilə bağlayıb.
"İran" teqi üzrə xəbərlər
- İranda MRT aparatına girən xəstə qorxulu anlar yaşadı
- İran hökuməti öz təbliğat şousuna ermənilərin keşişi ilə davam etməyə qərar verib
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
- İranda plastik əməliyyat üçün yaş həddi endirildi
- İranlı deputatdan spikerə: "Vallah, sən diktatorsan!"
Rəylər