Norveçin Stavanqer şəhərində şahmat superturnirinin 4-cü turu keçirilib.
Oxu.Az xəbər verir ki, azərbaycanlı qrossmeyster ermənistanlı Levon Aronyanla üz-üzə gəlib.
Qara fiqurlarla çıxış edən “Şah” altı saat davam edən partiyada rəqibinə məğlub olub.
Dörd turdan sonra Şəhriyarın aktivində 1,5 xal var. O, 7-9-cu yerləri bölüşür. Cədvələ üç xalla dünya çempionu Maqnus Karlsen başçılıq edir.
F.M.
www.oxu.az