Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şahruddin Məhəmmədəliyev yenidən Türkiyə Superliqasında çıxış edə bilər
Azərbaycan millisinin və "Qarabağ" klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev yenidən karyerasını Türkiyədə davam etdirə bilər.
Oxu.Az Sport24.az-a istinadən xəbər verir ki, 30 yaşlı qolkiper Superliqaya vəsiqə qazanan "Kocaelispor"a təklif olunub.
Onun mövsümün sonunda Ağdam təmsilçisi ilə müqaviləsi başa çatır.
"Kocaelispor" rəhbərliyi daha əvvəl Türkiyədə çıxış etmiş və burada adından söz etdirən oyunçularla maraqlanır. Siyahıda Şahruddin Məhəmmədəliyevin də adı var.
Siyahıdakı digər qapıçılar "Norviç"dən ayrılan Anqus Gunn, Təbriz təmsilçisi "Traktor"un qolkiperi Alireza Beiranvand və portuqaliyalı məşhur çərçivə qoruyucusu Rui Patrisiodur.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2023/2024 mövsümündə Türkiyədə "Adana Dəmirspor" klubunun formasını geyinib. O, 25 matçda meydanda olub.