Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sədaqət Qəhrəmanova: "Respublika üzrə dörd qadın prokuror fəaliyyət göstərir"
"Əvvəllər prokuror deyəndə gözümüzdə kişi canlanırdı, amma indi respublika üzrə dörd qadın prokuror fəaliyyət göstərir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova deyib.
Komitə sədrinin müavini, həmçinin bildirib ki, son illərdə Daxili İşlər Nazirliyində qadın işçilərin sayı artıb və müəyyən rəhbər strukturlarda irəli çəkiliblər:
"Eyni zamanda, məhkəmə strukturunda qadınların sayı artıb. Daxili işlər orqanlarında xidmətə qəbul olunan qadın əməkdaşların sayı 1.6 faiz, qadın vəkillərin sayı 8.5 artıb. Məhkəmə sisteminə daxil olan məhkəmələrdə hakim korpusunun ümumi sayının 26.1 faizi, məhkəmə aparat işçilərinin 53 faizi qadınlardır".
Aləmdə Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Kazino oyunlarının təşkili və keçirilməsi yalnız süni torpaq sahələrində olmaqla nəzərdə tutulur
- Şimali Makedoniya Parlament Assambleyasının sədri Azərbaycana səfərə gəlib
- Xalqın birliyinin rəmzi - Milli Qurtuluş Günü: Deputat tarixi faktları AÇIQLADI
- Hikmət Babaoğlu: "Bugünkü qalib Azərbaycan qurtuluşdan doğan dövlətin varisidir"
- Musa Quliyev: "15 İyun Azərbaycanın taleyini dəyişən tarixdir"