Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Səbail"in baş məşqçisi: "Buzda futbol oynamaq yaxşı olmadı"
"Buzda futbol oynamaq yaxşı olmadı".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Cavid Hüseynov "Şamaxı"ya qarşı Misli Premyer Liqasının XVII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
O, heç-heçə başa çatan qarşılaşmanı şərh edib:
"Hər iki komanda üçün vacib oyun idi. Sonuncu yerdəyik. Bura qələbə üçün gəlmişdik, amma 1 xalla dönürük. Meydançanın vəziyyəti futbol oynamağa imkan vermirdi. Hava şəraiti öncədən bilinirdi, sinoptiklər məlumat vermişdilər. Meydançanın vəziyyətini düzəltmək olardı. Buzda futbol oynamaq yaxşı olmadı. Qarşıda bizi "Zirə" ilə vacib matç gözləyir. Həmin oyuna hazırlaşacağıq".
Qeyd edək ki, XVII turun görüşündə "Səbail" səfərdə "Şamaxı" ilə qolsuz bərabərə qalıb.
"Səbail FK" teqi üzrə xəbərlər
- "Qarabağ" Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı
- Premyer Liqa: "Qarabağ" "Səbail"i böyük hesabla məğlub etdi
- Azərbayacan Premyer Liqası: "Neftçi" səfərdə "Zirə"ni məğlub etdi
- "Sumqayıt" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşmədi
- Azərbaycan Premyer Liqasında çıxış edən klubların dəyəri nə qədərdir?