Suriyada Bəşər Əsədin devrilməsindən sonra Türkiyənin Dəməşqdəki səfirliyi bu gün 12 illik fasilənin ardından fəaliyyətə başlayıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, səfirlik binasından Türkiyə bayrağı asılıb.
Qeyd olunur ki, Türkiyənin təyin etdiyi müvəqqəti işlər vəkili Burhan Koroğlu səfirliyə gəlib və vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, Türkiyənin Suriyadakı səfirliyi 26 mart 2012-ci il tarixindən etibarən fəaliyyətini dayandırıb. Bundan sonra səfirlik əməkdaşları və ailə üzvləri Türkiyəyə qayıdıblar.
Türkiyənin Suriyadakı səfirliyi 12 illik fasilədən sonra bu gün fəaliyyətini bərpa edəcək.
Oxu.Az bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə KİV-ə açıqlamasında deyib.
H.Fidanın sözlərinə görə, yeni təyin olunmuş müvəqqəti işlər vəkili Türkiyə nümayəndə heyətinin tərkibində artıq dünəndən Dəməşqdədir.