"Səbail" heyətini daha bir hücumçu ilə gücləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "dənizçilər" Ayman Buali ilə bir illik müqavilə bağlayıblar.
Mərakeşli futbolçu komandaya sərbəst agent kimi qoşulub. Onun çıxış etdiyi son klub "Ümraniyəspor" (Türkiyə) olub. Buali 2023/2024 mövsümündə 21 oyunda bir qolla yadda qalıb.
Qeyd edək ki, Buali "Səbail" dördüncü əcnəbi transferi olub. Komanda bundan əvvəl ukraynalı Dmitri Litvin, albaniyalı Amir Bilali və ispaniyalı Qorka Laruçça ilə müqavilə bağlayıb.
Rəylər