"Sumqayıt" klubu mənimlə əlaqə saxlayıb təklif irəli sürdü, mən də doğru qərar olduğunu düşünüb, qəbul etdim"
Bunu Oxu.Az-a açıqlamasında "Sumqayıt" klubunun yeni transferi Sertan Taşkın deyib.
"Sumqayıt" klubu mənimlə əlaqə saxlayıb təklif irəli sürdü, mən də doğru qərar olduğunu düşünüb, qəbul etdim. Həm də komandaya xeyir verəcəyimi fikirləşdiyim üçün təklifi qəbul etdim. Yenidən Azərbaycanda oynamaq xoşdur. Xaricdə çıxışım elə də uzun müddət olmadı. Amma qismətdir, belə olmalı idi və oldu. "Sumqayıt"a qayıtdığım üçün xoşbəxtəm. Bu mövsüm əlimizdən gələn maksimum nə varsa edəcəyik. Əsas mövqeyim sağ cinah müdafiəçisidir, amma baş məşqçi Samir Abbasovun qərarı daha vacibdir. O, harada oynayacağımı istəsə, etimadını doğrultmağa çalışacağam".
Qeyd edək ki, son mövsümü Türkiyənin "Manisa" klubunda keçirmiş müdafiəçi "Sumqayıt"la 1+1 illik müqavilə imzalayıb.
Anar Həsənov
Rəylər