Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Rusiya çempionatında daha bir qol vurub.
Oxu.Az xəbər verir ki, futbolçu “Krılya Sovetov” – “Yenisey” oyununda fərqlənib.
Oyunun 80-ci dəqiqəsində meydana daxil olan Şeydayev qol vuraraq hesabı 4:0-a çatdırıb.