Martın 31-də Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2019” superturnirinin I turuna yekun vurulub.
Oxu.Az xəbər verir ki, ilk turun partiyaları heç-heçə ilə yekunlaşıb.
Altıncı dəfə təşkil olunana turnirin birinci turunda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla dünya çempionu norveçli Maqnus Karlsenlə, Şəhriyar Məmmədyarov isə qara fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişukla xalı yarı bölüb.
Aniş Giri (Hollandiya) bolqarıstanlı Veselin Topalovla, rusiyalı Sergey Karyakin çinli Dinq Lirenlə, Vişvanatan Anand (Hindistan) isə Çexiya təmsilçisi David Navara ilə sülh bağlayıb. İlk turdan sonra bütün şahmatçıların hesabında 0,5 xal var.
Qeyd edək ki, İsveçrə sistemi üzrə doqquz turdan ibarət “Shamkir Chess 2019”a aprelin 9-da yekun vurulacaq.