Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Stadionu söküləcək “Kəpəz”in harada oynayacağı məlum oldu
“Kəpəz” bu mövsümün qalan hissəsində və növbəti mövsümdə ev oyunlarını Tovuzda keçirəcək.
Oxu.Az xəbər verir ki, Gəncə şəhər stadionunun sökülməsi və yenisinin tikilməsi səbəbindən komanda rəqiblərini doğma meydanda qəbul edə bilməyəcək.
Alternativ kimi bir neçə variant olsa da, yekunda daha yaxın olan Tovuz şəhər stadionunda oynamaq məqsədəuyğun hesab edilib. Komandanın Azərbaycan Premyer Liqasının növbəti - X turunda “Zirə”ni məhz orada qəbul etməsi planlaşdırılır.
Qeyd edək ki, Prezident İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı sərəncam imzalayıb. Arenanın yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq bir milyon manat ayrılıb.
Yaxın zamanlarda stadionda söküntü işlərinə başlanacaq. Arenanın 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
"Tovuz" teqi üzrə xəbərlər
- Azərbaycanda oğlunun intiharında özünü günahlandıran ata da canına qəsd etdi
- Tovuzda spirtli içki qəbul edən çoban boğulub öldü
- Tovuzda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI
- Tovuzda 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü
- Tovuzda zəhərlənən tələbələrin SON DURUMU açıqlandı