Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Sumqayıt" klubunun prezidenti vəzifəsindən ayrılır?
Yeni sponsorla müqavilə imzalayan "Sumqayıt" klubunun prezidenti Riyad Rəfiyev vəzifəsindən ayrıla bilər.
Oxu.Az xəbər verir ki, "kimyaçılar" Misli Premyer Liqasında qalmağı bacarsa, 9-10 milyon manatlıq vəsaitə sahib olacaq.
Sumqayıtlıların yeni sponsoru olan "SOCAR Polymer" MMC məhz bu qədər maliyyə ayırmağı nəzərdə tutub. Mehdi Hüseynzadə adına şəhər stadionuna, klub bazasına adın verilməsi, həmçinin geyimlərə "SOCAR Polymer" loqosunun vurulmasının qarşılığı belə ödəniləcək.
Lakin ola bilər ki, bu büdcəni idarə etmək menecer-prezident Riad Rəfiyevə qismət olmasın. Yeni sponsorların gəlişi ilə onun postundan azad olunması gündəmdədir. Himayədarlar iddialı komanda qurmaq istəyir və araşdırdıqları Rəfiyevin idarəçiliyi onları qane etmir.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən "Sumqayıt" klubunun mətbuat katibi Zaur Xudiyev Riyad Rəfiyevin vəzifəsini icra etdiyini və bu kimi xəbərlərin yalan olduğunu bildirib.
"Təəssüf ki, klubumuzun prezidenti Riad Rəfiyev haqqında bu kimi xəbərlər növbəti dəfə idman mediasının gündəminə gəlib. Bir daha "Sumqayıt" Futbol Klubu olaraq bildirmək istəyirik ki, Riad Rəfiyev işinin başındadır və bütün fəaliyyətini komandanın inkişafı və gələcək uğurları yönündə davam etdirir. Media nümayəndələrindən və azarkeşlərdən xahiş edirik ki, yalnız klub tərəfindən açıqlanan rəsmi məlumatlara etimad etsinlər", - deyə Z.Xudiyev bildirib.
Anar Həsənov
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- "Azneft" İstehsalat Birliyində təhlükəsizlik tədbirləri gücləndirilib
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- SOCAR-ın "yaşıl" təyinatlı istiqrazlarına abunə yazılışı davam edir
- "Sumqayıt"ın təlim-məşq bazasının adı dəyişdirildi
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Rüfət Mahmud kimdir?