Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
!["Baku Medical Plaza Medilux"da plastik cərrahiyyə təlimləri uğurla başa çatdı](https://images.oxu.az/2025/02/18/cey5gGKQw7BlAAvXB8qGabTJpylXyekGh0ZhbyGI:1200.jpg)
"Baku Medical Plaza Medilux"da plastik cərrahiyyə təlimləri uğurla başa çatdı
"Baku Medical Plaza" Klinikalar şəbəkəsinin "Medilux" filialında xarici mütəxəssislər üçün plastik cərrahiyə mövzusunda təlimlər başa çatıb.
"Baku Medical Plaza" Klinikalar şəbəkəsi plastik cərrahiyyə sahəsində müasir texnologiyaların tətbiqini genişləndirmək, yerli və xarici mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək istiqamətində mühüm layihələrini davam etdirir.
Növbəti təlim Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində akkreditasiyadan keçmiş "Azərbaycan Estetik Təbabət Assosiasiyası" İctimai Birliyi (www.aeta.az) və müasir lazer texnologiyalar sahəsində ixtisaslanmış "Proline İnnovation Group" şirkətinin tərəfdaşlığı ilə "Baku Medical Plaza Medilux" klinikasında keçirilib. Estetik təbabət sahəsində "Radiodalğalı texnologiyalarla bədən konturlaması əməliyyatları" mövzusuna həsr olunan təlimdə Gürcüstandan və Rusiyadan 10-a yaxın mütəxəssis iştirak edib. Klinikanın plastik cərrahı Dr. Nərgiz Əhmədova iştirakçılara müasir radiodalğalı texnologiyaların tətbiqi ilə bədən konturlama üsulları barədə geniş məlumat verib. Təlim çərçivəsində plastik cərrahiyyə sahəsinin özəllikləri və müasir texnologiyaların tətbiqi mövzusunda müzakirələr aparılıb.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Stomatoloji klinikalarda yoxlama aparılıb: Lisenziyası ləğv edilən var?
- Aptekləri cərimə edəcəklər? - Rəsmi qurum aydınlıq gətirdi
- Agentlik: "Hamiləlik ağırlaşması icbari tibbi sığorta təminatındadır"
- Dövlət qurumu "Laser Beauty Estetik" klinikasını məhkəməyə verdi
- Həkim: "İİV infeksiyasının erkən diaqnozu uğurlu müalicə üçün son dərəcə vacibdir"