Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Sumqayıt"ın təlim-məşq bazasının adı dəyişdirildi
Yeni sponsorla müqavilə imzalayan "Sumqayıt" klubunun təlim-məşq bazasının adı dəyişdirilib.
Oxu.Az xəbər verir ki, "Sumqayıt" futbol klubu ilə "SOCAR Polymer" MMC arasında sponsorluq müqaviləsi imzalanıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun mətbuat zalında təşkil olunan imza mərasimində hər iki qurumun rəhbərliyi, əməkdaşları, həmçinin digər tərəfdaş şirkətlərin nümayəndələri iştirak ediblər.
İki qurumun rəhbərliyi arasında rəsmi əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi olub. Razılaşmaya əsasən, "Sumqayıt"ın təlim-məşq bazası bundan sonra "SOCAR Polymer Arena" adlanacaq. Həmçinin həm bazada, həm də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "SOCAR Polymer" brendinin bannerləri və reklam lövhələri yerləşdiriləcək.
Bundan əlavə, klubun rəsmi oyun formalarında "SOCAR Polymer" şirkətinin loqosu həkk olunacaq.
"Sumqayıt FK" teqi üzrə xəbərlər
- İsveçrə klubunun futbolçusu Azərbaycan millisinə dəvət olundu
- Misli Premyer Liqasında bu tur səkkiz oyunçu komandasına kömək edə bilməyəcək
- "Səbail"in futbolçusu hakimi təhqir etdi - Klub 3000 manat cərimələndi
- "Sumqayıt"dan mövsümdə ilk, tarixdə 10-cu dəfə böyükhesablı qələbə
- "Sumqayıt" klubunun rəsmisi: "Kamran Quliyev komandadan qovulmayıb"