Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Amerikalılar artıq Qəzzada: Fələstinliləri yoxlayırlar
ABŞ-nin mühafizə şirkətləri Qəzza zolağında nəzarət-buraxılış məntəqələrinə yerləşiblər.
Oxu.Az xəbər verir ki, bu barədə "The National" nəşri mənbələrə istinadla məlumat verir.
Bildirilir ki, sözügedən şirkətlərin əməkdaşları Qəzzanın mərkəzi hissəsində Netsarim dəhlizini keçən fələstinliləri yoxlayırlar. Bir neçə özəl şirkət ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə əldə edilmiş atəşkəs çərçivəsində fələstinlilərin HƏMAS hərəkatı ilə əlaqələrinin olub-olmadığını yoxlayır.
Nəşr qeyd edir ki, nəzarət-buraxılış məntəqələrində yerləşən təhlükəsizlik şirkətlərində amerikalı və ərəb əməkdaşlar işləyirlər. Ərəb əməkdaşlar yerli sakinlərlə qarşılıqlı əlaqə qururlar, amerikalılar isə yoxlanış prosedurunu koordinasiya edirlər. Onlar Qəzzanın şimal hissəsinə hansı sakinlərin qayıda biləcəklərinə dair qərar verirlər.
HƏMAS-ın Livandakı nümayəndəsi Mahmud Taha nəşrin məlumatını təsdiqləyib.
"HƏMAS hərəkatı" teqi üzrə xəbərlər
- İsrail HƏMAS-a girovların azad edilməsi üçün yeni plan təqdim etdi
- Stiv Uitkoff: "HƏMAS Qəzzada uzun müddət qalsa, münaqişə heç vaxt bitməyəcək"
- İsrail HƏMAS-ın Qəzzadakı hərbi kəşfiyyat rəhbərini öldürdü
- Tramp İrandan əl çəkmir: Konqres Tehranın vurulmasına icazə verəcək?
- HƏMAS İsraili raket atəşinə tutduğunu etiraf edib