Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Teymur Rəcəbov finala çıxa bilmədi
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.
"Report"un məlumatına görə, 1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran Azərbaycan şahmatçısı Teymur Rəcəbov finala gedən yolda Karlsenlə yenidən üz-üzə gəlib. Rəcəbov ilk oyun günündə 2:2 hesablı heç-heçəyə nail olmasına baxmayaraq, bu dəfə uduzub - 3:1.
Digər yarımfinal görüşündə isə ABŞ təmsilçisi Uesli So İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşiyə qalib gəlib - 2:1.
Beləliklə, finalda Karlsen So ilə, 3-cü yer uğrunda görüşdə isə Rəcəbov Nemopnyaşi ilə üz-üzə gələcək.
Çempionlar Turu, VI mərhələ
The FTX Crypto Cup
Yarımfinal, cavab görüşləri
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan) - 3:1 (1:0; 0,5:0,5; 0,5:0,5; 1:0)
İlk oyun - 2:2
Uesli So (ABŞ) - Yan Nepomnyaşi (Rusiya) - 2:1 (0,5:0,5; 0,5:0,5; 1:0)
İlk oyun - 2,5:1,5
Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.