"Sabah" təsnifat mərhələlərində yaxşı oyun nümayiş etdirib".
Oxu.Az xəbər verir ki, bunu Çexiyanın "Slaviya Praqa" klubunun futbolçusu Tomaş Vlçek UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"la keçirəcəkləri matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, təmsilçimizin oyun səviyyəsini yüksək qiymətləndirib və qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib.
"Sabah" çox səviyyəli və güclü komandadır. Mən də digər futbolsevərlər kimi onların yaxşı futbol oynadığını düşünürəm. Rəqibimizin gücünü bilirik. Buna baxmayaraq, matça maksimum səviyyədə hazırlaşmışıq. Uzun müddətdir Çempionlar Liqasında qələbə qazana bilmirik. Bu amil bizi daha da motivasiya edir. Bakıdan üç xalla ayrılmaq istəyirik", - deyə futbolçu vurğulayıb.
Qeyd edək ki, "Sabah" - "Slaviya Praqa" matçı oktyabrın 13-də saat 20:45-də Bakı Olimpiya Stadionunda başlayacaq.