Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Trabzonspor” Ramil Şeydayevlə müqaviləni ləğv etdi
Türkiyənin “Trabzonspor” klubu futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Qara dəniz təmsilçisi 22 yaşlı hücumçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.
“Trabzonspor” Şeydayevə komandada qaldığı və icarəyə verildiyi müddətdə ümumilikdə 370 min avro ödəyib. Onun Türkiyə klubu ilə 2020-ci ilə qədər müqaviləsi mövcud idi.
Qeyd edək ki, Ramil Şeydayev 2016-2017-ci il mövsümündə 170 min avro müqabilində Rusiyanın “Zenit” komandasından “Trabzonspor”a keçmişdi.
2017-2018-ci il mövsümünü icarə əsasında “Qarabağ”da keçirib. Ağdam təmsilçisindən öncə isə Ramil Slovakiyanın “Jilina” klubunda icarədə oynayıb.
Hər iki halda “Trabzonspor” millimizin üzvünü pulsuz icarəyə verib.
Rəylər