Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” - “Araz-Naxçıvan” oyunu təxirə salınıb.
Bu barədə “Report”a Peşəkar Futbol Liqasından məlumat verilib.
Qərara səbəb 81-ci dəqiqədə matçın keçirildiyi Tovuz şəhər stadionunda işıq dirəklərindən birinin aşması olub. Güclü külək nəticəsində projektor qırıldığından baş hakim Rəvan Həmzəzadə son dəqiqələrin oynanılmamasını qərara alıb. Dekabrın 24-də keçiriləcək görüşün qalan hissəsi saat 12:00-da başlayacaq.
Qeyd edək ki, oyun dayandırılarkən “Turan Tovuz” hesabda 2:1 öndə olub. Meydan sahiblərindən 5-ci dəqiqədə Xəyal Nəcəfov, 16 dəqiqədə penaltidən Bruno Qonçalves, qonaqlardan isə 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən İsmail Azzaui fərqləniblər.
17:50
Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” - “Araz-Naxçıvan” oyununun gedişində işıq dirəklərindən biri aşıb.
Oxu.Az-ın məlumatına görə, hadisə qarşılaşmanın 82-ci dəqiqəsində baş verib.
Meydan sahibləri hesabda 2:1 öndə olarkən güclü küləyin təsirindən işıq dirəyi qırılıb və nəticədə qarşılaşma yarımçıq dayandırılıb.
Rəylər