Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
!["Turan Tovuz" azarkeşləri klubu ziyana saldılar](https://images.oxu.az/2025/02/05/luHtv4Li64kGZiGbk4Dt3fN2Dxzj2VaJ7l8o97RH:1200.jpg)
"Turan Tovuz" azarkeşləri klubu ziyana saldılar
AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu 3500 manat cərimələyib.
Oxu.Az xəbər verir ki, bölgə təmsilçisi Azərbaycan Premyer Liqasının XXI turunda evdə "Səbail"lə oyunda (1:1) yaşananlara görə ziyana düşüb.
Sözügedən qarşılaşmada komandanın birbaşa qırmızı vərəqə alan futbolçusu Kauan Martins bir matçlıq cəzalanıb, kluba 1000 manat cərimə tətbiq olunub.
İlk hissənin sonunda meydan sahiblərinin məşqçisi Ruslan Abışov hakimin qərarına etiraza görə qırmızı vərəqə görüb. Mütəxəssisə biri şərti olmaqla 2 oyunluq cəza kəsilib, klub 1500 manat cərimələnib. Abışova 3 ay sınaq müddəti tətbiq edilib.
Tovuz təmsilçisi, həmçinin azarkeşlərin referilərin ünvanına təhqiramiz ifadələr səsləndirməsi ucbatından əlavə 1000 manat ödəyəcək.
"AFFA İntizam Komitəsi" teqi üzrə xəbərlər
- AFFA hakimi vuran 15 yaşlı futbolçunu 10 oyunluq cəzalandırıb
- Diskvalifikasiya olunan futzalçı: "25 ildir oynayıram, belə hakim ədalətsizliyi görməmişdim"
- AFFA adı protokola salınmayan futbolçunu meydana buraxan klubun nəticəsini ləğv edib
- "Turan Tovuz"un futbolçuları klubu ziyana saldılar
- Azərbaycan klubuna texniki məğlubiyyət verilib
Rəylər