Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyə Kuboku: "Fənərbağça" qrup lideri oldu
Türkiyə Kubokunun B qrupunda 3-cü turun matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, səfərdə "Qaziantep"lə qarşılaşan "Fənərbağça" meydan sahiblərindən üstün olub.
İstanbul klubu rəqibinin qapısında 4 top keçirib, öz qapısında isə cəmi 1 qol görüb - 1:4.
Bununla da, "Fənər" xallarını 9-a çatdıraraq, qrup liderliyinə yüksəlib.
Qeyd edək ki, bu qrupda sözügedən komandalarla yanaşı "Göztepe", "İstanbulspor", "Erzurum", Kasımpaşa" klubları yer alır.
Türkiyə Kubokunun qrup mərhələsinin III turunda "Qaziantep" klubu "Fənərbağça"nı qəbul edir.
Matçı Oxu.Az portalından canlı olaraq izləyə bilərsiniz.
Oxu.Az xəbər verir ki, Yasin Kolun idarə etdiyi görüş Bakı vaxtı ilə saat 17:00-da start götürüb.