Türkiyə Superliqasının 34-cü turunda doğma meydanda "Sivasspor"u məğlub edən "Qalatasaray" ardıcıl 4-cü qələbəsini qazanıb və zirvədəki yerini möhkəmləndirib.
Oxu.Az xəbər verir ki, oyun 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə bitib.
Bu nəticədən sonra "Cim-bom" xallarını 83-ə yüksəldib və "Fənərbağça"nı səkkiz xal qabaqlayaraq liderliyini qoruyub. 34 xalı olan "Sivasspor" 16-cı pillədə qərarlaşıb.