Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

UEFA Konfrans Liqası: "Zirə"nin "Omoniya" ilə görüşündə azərbaycanlı olmayacaq
"Zirə"-"Omoniya" görüşü zamanı stadionda azərbaycanlı azarkeşlər olmayacaq".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu açıqlamasında "Zirə"nin mətbuat katibi Elmar Abdullazadə UEFA Konfrans Liqasının pley-off mərhələsində səfərdə Kipr təmsilçisi "Omoniya"ya qarşı keçirəcəkləri matçla bağlı deyib.
O, bu gün Larnaka şəhərindəki GSP stadionunda gerçəkləşəcək oyunda azərbaycanlı azarkeşlərin yer alıb-almayacağı ilə bağlı sualı cavablandırıb:
"Düzdür, UEFA-nın qaydalarına görə tribunaların tutumunun 5 faizi qonaq azarkeşlər üçün ayrılıb. Amma həmin yerlər boş qalacaq. Çünki bizə biletlə bağlı müraciət edən olmayıb. Kiprdə, demək olar ki, azərbaycanlı yaşamır. Bura ada ölkəsidir deyə, giriş-çıxış, viza almaq bir qədər çətindir. Ona görə də, çox güman ki, stadionda bizim azarkeşlər görünməyəcək".
Qeyd edək ki, "Zirə"nin Kipr klubu ilə görüşünün start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. Tərəflər arasında cavab oyunu bir həftə sonra "Liv Bona Dea Arena"da keçiriləcək.
"UEFA Konfrans Liqası" teqi üzrə xəbərlər
- UEFA Konfrans Liqası: Səkkizdəbir final mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq
- Konfrans Liqası: Pley-off mərhələsinin 8 oyunu keçirildi
- UEFA Konfrans Liqası: Pley-off mərhələsinin səkkiz oyunu baş tutacaq
- Hakimlərin qərəzli qərarı – Klub prezidentinin ərköyünlüyü
- Qurban Qurbanov: "Pley-off şansımız qalmasa da, "Olimpiakos"la oyuna ciddi yanaşırıq"