Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas oldu
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Zirə" səfərdə Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, "Opus Arena"da baş tutan matç heç-heçə ilə yekunlaşıb.
Görüşdə hesabı meydan sahiblərindən 39-cu dəqiqədə Anton Matkoviç açıb. Qarşılaşmanın sonuna əlavə olunan dəqiqələrdə isə Bakı klubu məğlubiyyətdən xilas olub. Rafael Utziq dəqiq zərbə ilə bərabərliyi təmin edib.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 1 həftədən sonra Bakıdakı "Dalğa Arena"da keçiriləcək.
Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə start veriləcək.
Oxu.Az xəbər verir ki, təmsilçilərimiz "Zirə" və "Sabah" ilk oyunlarını səfərdə keçirəcək.
"Zirə" Bakı vaxtı ilə saat 22:00-da "Osiyek"in (Xorvatiya), "Sabah" isə 22:45-də "Patriks"in (İrlandiya) qonağı olacaq.
Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra Bakıda keçiriləcək.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi
"Osiyek" - "Zirə"
Saat 22:00, "Opus Arena"
"Patriks" - "Sabah"
Saat 22:45, "Tallaght Stadium"
"UEFA Konfrans Liqası" teqi üzrə xəbərlər
- UEFA Konfrans Liqası: Səkkizdəbir final mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq
- Konfrans Liqası: Pley-off mərhələsinin 8 oyunu keçirildi
- UEFA Konfrans Liqası: Pley-off mərhələsinin səkkiz oyunu baş tutacaq
- Hakimlərin qərəzli qərarı – Klub prezidentinin ərköyünlüyü
- Qurban Qurbanov: "Pley-off şansımız qalmasa da, "Olimpiakos"la oyuna ciddi yanaşırıq"