Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
UEFA Millətlər Liqası: Estoniya - Azərbaycan matçının hakimləri açıqlanıb
Azərbaycan milli komandasının oktyabrın 11-də Estoniya yığması ilə Tallində keçirəcəyi Millətlər Liqasının III tur oyununun hakim təyinatları açıqlanıb.
Oxu.Az xəbər verir ki, "Lilleküla" stadionunda təşkil olunacaq görüşü İrlandiyadan olan referi idarə edəcək.
Qarşılaşmada söz sahibi Rob Harvey olacaq. Ona Robert Klark və Ueyn MakDonnell kömək edəcəklər. Dördüncü hakim Rob Hennessi təyin edilib.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
"Futbol üzrə Azərbaycan millisi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər