Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Respublika Klinik Xəstəxanasının əsas binasının yenidən qurulması 19 milyon manata başa gələcək
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası təmir olunacaq.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb.
Xəstəxananın əsas inzibati binası, əlavə korpus və köməkçi binalarının yenidən qurulması işləri həyata keçiriləcək.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) I mərhələ üzrə yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı 18 891 761.32 manat dəyərində müqavilə bağlayıb.
Xatırladaq ki, Respublika Klinik Xəstəxanasının inzibati binasının uzun müddətdir istismar olunması səbəbindən əsaslı təmirə ehtiyac yaranıb. Bu səbəbdən xəstəxananın 6 terapevtik şöbəsi bu ilin iyun ayından müvəqqəti olaraq paytaxtdakı digər tibb müəssisələrinə köçürülüb.
Məlumata əsasən, mərhələli təmir işləri ilə əlaqədar olaraq xəstəxananın II korpusunda yerləşən Cərrahiyyə, Reanimasiya və Təcili tibbi yardım şöbələri birinci korpusa yerləşdirilir.
"Respublika Klinik Xəstəxanası" teqi üzrə xəbərlər
- Təmirə bağlanmış xəstəxanalar nə vaxt fəaliyyətə başlayacaq?
- Bakıda 61 yaşlı qadın xəstəxanada öldü
- Bakıda 9 yaşlı uşaq vəfat etdi: Anası təcili yardımın gecikməsindən ŞİKAYƏTÇİDİR
- Getdikcə kəskinləşən PROBLEM: Bölgələrdə həkim çatışmazlığı pik həddə
- Respublika Klinik Xəstəxanasında doğuşa gətirilən qadın əməliyyatdan sonra öldü: "İntubasiya etdik"