Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiyanın bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA
Gənclər İdman Nazirliyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun sədrlik etdiyi muxtar respublikanın Şahmat Federasiyasının fəaliyyətini dayandırmasına münasibət bildirib.
Bu barədə Oxu.Az-a Gənclər İdman Nazirliyinin (GİN) Mətbuat Xidmətinin rəisi Qabil Mehdiyev açıqlama verib.
"Naxçıvan Muxtar Respublikasında mövcud Şahmat Federasiyasının öz qərarı ilə ləğv edilməsi barədə məlumat Gənclər və İdman Nazirliyinə də daxil olub. Bildiririk ki, ölkə ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş Azərbaycan Şahmat Federasiyası fəaliyyət göstərir. Bu federasiya gələcəkdə də ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da şahmatın davamlı inkişafı üçün müvafiq işlər görəcək", - deyə o qeyd edib.
Anar Həsənov
"Gənclər və İdman Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycan idmançılarının 2024-cü ildə əldə etdiyi uğurlar
- Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi
- Bakıda MDB-yə üzv ölkələrin Könüllü Təşkilatlarının Forumu başlayıb
- Bakıda Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun rəsmi açılış mərasimi başa çatıb
- Azərbaycan idmançılarının dekabr ayında iştirak edəcəyi beynəlxalq yarışların cədvəli açıqlanıb
Rəylər