Portuqaliyanın “Famalikan” klubunun və Venesuela millisinin hücumçusu Conder Kadis karyerasını Azərbaycanda davam etdirə bilər.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Qarabağ” 28 yaşlı forvardın xidmətində maraqlıdır.
Ağdam təmsilçisi Portuqaliya klubu ilə müqavilə müddəti başa çatan futbolçu ilə danışıqları davam etdirir. Danışıqlarda irəliləyiş var.
2022-ci ildən “Famalikan”da çıxış edən venesuelalı futbolçu ötən mövsüm Portuqaliya çempionatında 24 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt”a görə, Venesuela millisinin üzvü 2 milyon avro dəyərindədir.
Əldə etdiyimiz digər məlumata görə, “Qarabağ”ın Portuqaliya klubu “Maritumu”nun hücumçusu Diderik Joeli transfer etmək istəməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.
Faiq Tahirov