Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Vətən müharibəsinin iştirakçısı Fransadakı turnirin finalına yüksəlib
Azərbaycan paralimpiyaçısı Polad Rzayev Fransanın Auron şəhərində keçirilən paradağ xizəyi üzrə beynəlxalq turnirdə finala yüksəlib.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Bildirilib ki, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançı ilkin mərhələni 1:01.57 nəticə ilə başa vuraraq, həlledici raunda vəsiqə qazanıb.
Qeyd edək ki, P.Rzayev ötən həftə İtaliyanın Pila şəhərində keçirilmiş analoji turnirin də finalında çıxış edib. Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti Polad Rzayev Vətən müharibəsinin iştirakçısıdır. O, "Azərbaycan bayrağı", "Şücaətə görə" ordenlərinə, "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb.
"Azərbaycan Milli Paralimpiya Komitəsi" teqi üzrə xəbərlər
- Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazanıb
- Azərbaycan idmanında qalmaqal: Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı
- "Azercell" və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir
- Vətən müharibəsinin iştirakçısı paralimpiyanın dağ xizəyi növündə mübarizə aparacaq
- Əhməd Cavadın nəticəsinə vəzifə verildi