Azərbaycanın parataekvondoçusu Sabir Zeynalov (58 kq) Cənubi Koreyanın Muju şəhərində keçirilən Qran-pri turnirinin qalibi olub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, idmançımız final görüşündə braziliyalı Qustavo Ruppeli məğlub edərək yarışın qızıl medalına sahib çıxıb.
Qaynar xətt:
(055) 224 12 12