Günəşdə kosmosa çox sayda plazma atılması müşahidə olunur, lakin onlar Yer üçün təhlükə yaratmır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.
"Kosmik teleskoplardan və koronoqraflardan daxil olan görüntülərdə Günəş aktivliyinin kəskin artması müşahidə olunur. Onun əsas əlaməti ulduzun sol (şərq) kənarında çox sayda plazma atılmasıdır. Görünənə görə, partlayışların mənbələri Günəşin kənarında, əks tərəfdə yerləşir və hələlik Yerdən görünmür", - deyə məlumatda bildirilib.
Qeyd edilir ki, hazırkı mövqedən Günəş maddəsi hələ Yerə çatmaq iqtidarında deyil.
"Planet üçün risklərin formalaşdırılması üçün aktivlik daha dörd-beş gün davam etməlidir. Bu müddət ərzində partlayışlara məsul olan gizli aktiv bölgələr Günəşin görünən tərəfində görünməli və Günəş-Yer xəttinə yaxınlaşmalıdırlar", - deyə əlavə edilib.