Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xankəndi yolundakı qəzada xəsarət alan PFL rəsmisi UEFA-dan təyinat aldı
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.
Oxu.Az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, PFL rəsmisi Konfrans Liqasının I təsnifat mərhələsinin oyununda fəaliyyət göstərəcək.
O, iyulun 18-də Albaniyada keçiriləcək "Tirana" (Albaniya) - "Torpedo" (Kutaisi, Gürcüstan) görüşünün UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
"Peşəkar Futbol Liqası" teqi üzrə xəbərlər
- "Qarabağ" ardıcıl dördüncü dəfə qış çempionluğunu elan edib
- Peşəkar Futbol Liqasında "Ayın qolu" layihəsinin şərtləri niyə DƏYİŞDİRİLDİ?
- "Sumqayıt" klubunun dörd legioneri "Zirə" ilə görüşdə komandaya kömək edə bilməyəcək
- Azərbaycan klubu doğma meydanına qayıdır
- Azarkeşlər "Neftçi" və "Turan Tovuz"u ziyana salıblar
Rəylər